VİSİYONUMUZ

  • İşçiləri və müştəriləri ilə birlikdə şəffaflıq prinsiplərinə əsaslanaraq müasir keyfiyyət standartlarına uyğun istehsal etdiyi məhsul və xidmətlərində fərqlilik yaradan, Azərbaycanda və beynəlxalq aləmdə etibar və sabitlik nümunəsi olan qurum olmaq.
  • Təşkilat istehsal etdiyi məhsulları yerli və beynəlxalq şirkətlərlə müqayisə edəcək səviyyəyə gətirərək, rəqabətə hazır olacaq. Bu rəqabət keyfiyyət baxımından vacib olan şərtləri bir arada qiymətləndirərək, bu məhsulların müştəriyə çatdırılmasını hədəf alacaq.
  • Təşkilatımız istər keyfiyyət istərsədə qiymət rəqabəti cəhətdən etibarlı məhsulları bazara təqdim etmək məqsədi güdür. Təşkilatımız müştərilərlə əlaqələrini dürüstlük üzərində qurduğu kimi, öz işçiləri ilə də, ədalətli əmək haqqı və sosial siyasətlərini tətbiq edən, fəaliyyət göstərdiyi ölkənin vəziyyətinə görə, işçilərinin şərtlərini ölkənin ümumi ortalamasından yüksək olaraq təmin edən, ticarətə dayanan gəlir məqsədli bir quruluşdur.
  • Xidmətdə və istehsalda ümumi keyfiyyət, davamlı inkişaf və tədqiqat yolunu tutmuşuq. Təşkilatımız bunun üçün, istifadə olunan texnologiyaların təkmilləşdirilməsi istiqamətli elmi tədqiqatlar aparır, istehsal olunan mal və göstərilən xidmətlərin, məhsulların çeşidinin artırılması və yenilənməsi istiqamətində fəaliyyətlər həyata keçirir, hədəf kütləyə yönəldilmiş geniş bazar tədqiqatları aparır və marketinq tədqiqatlarının nəticələri əsasında, müəyyən neytral qaydalara uyğun strateji məqsədlərimizə nail olma sistemi qurur.